ÇÜN Kİ, TÜRKOĞLU TÜRKÜM

 

Göylərdənmi enmişəm,

Ya yerdənmi çıxmışam.

Harada yurdum olub,

Bayrağımı taxmışam.

Deməsinlər, mən təkəm.

Çün ki, Türkoğlu Türkəm.

 

Kimlərin şübhəsi var?

Zatım, soyum bəllidir.

Millətim çox uludur,

Türk elli, Türk dillidir.

Bu dünyaya, mən yükəm.

Çün ki, Türkoğlu Türkəm.

 

Qısqananlar var hələ

Millətimin adına.

Mənə gəc baxanların,

Tez salıram yadına.

Istəmirəm qan tökəm,

Çün ki, Türkoğlu Türkəm.

 

Neynəyim ki, zatımız

Bir Bozqurda dayanır.

Bıçaq çatsa sümüyə,

Elə onda oyanır.

Cəsarətdə, mən yekəm.

Çün ki, Türkoğlu Türkəm.

 

Sındırmaq istəsələr,

Qürurum sınan deyil.

Od-alov içindəyəm,

Vücudum yanan deyil.

Mən poladdan da bərkəm.

Çün ki, Türkoğlu Türkəm.

 

Babam Oğuz at üstə,

Torpaqlara varıbdır.

Qıyıqgöz nəvələri,

Altı dövlət qurubdur.

Adım-sanımla görkəm!

Çün ki, Türkoğlu Türkəm.

 

Seyraqif Coculu

 Edebiyat Defteri