30.10.2015
10:37 Bölmə: Siyasət Oxunma sayı: 419
Azərbaycanın
işğal olunmuş ərazilərinin azad olunması üçün lazım olan hər şey ediləcək, bunu
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akar
APA-nın Türkiyə müxbirinə bildirib.
Ölkə.Az-ın
verdiyi məlumata görə, qərargah rəisi bildirib ki, Türkiyə ilə Azərbaycan bir
millət, iki dövlətdir.
“Torpaqlarımızın
20%-i hələ də erməni işğalı altındadır. Torpaqların işğaldan azad edilməsi üçün
Türkiyə ilə Azərbaycan müştərək addımlar atacaqmı” sualını H. Akar belə
cavablandırıb:
“Hər
şey çox gözəl olacaq. Buna əmin olun. Əlimizdən nə gəlirsə, mütləq edəcəyik”.