Atatürkün Adına TOKUNSALAR

 

Toxunsalar Atatürkün adına,

Türk dünyası dağılacaq, onu bil!

Yurdumuzda yadlar hakim olacaq,

Hər tərəfdən boğulacaq, onu bil!

 

Çətin gələ onun kimi sərkərdə,

Sinə gərə hər ağrıya, hər dərdə,

Ata ola bilməz hər kəs bu yurda,

Demə kimsə doğulacaq, onu bil!

 

Yol gərəkdir bir mənzilə çatmağa,

Güc gərəkdir rahat olub yatmağa,

Təlim gərək, siyasəti tutmağa,

Yoxsa suyu soğulacaq, onu bil!

 

Məslək itib, qarışacaq aralar,

Sinəmizə vurulacaq yaralar,

Bir də çətin belə dövlət quralar,

Eydirilib sağılacaq, onu bil!

 

Hər təlimin bir qurtuluş adı var,

Millət üçün bəhrəsi var, dadı var,

Hər qurluşun sevəni var, yadı var,

Yad əliylə yığılacaq, onu bil!


Seyragif Cuculu

Edebiyat Defteri