17-08-2016
QIRIQ KAMANÇA (hekayə)
(Aşağıda Türkiye şivesiyle de verilmiştir)
Azərbaycanımızın güneyində milli
istiqlal uğrunda şəhid olan soydaşlarımıza həsr olunur...
Savalan dədə çox qocalmışdı. Artıq əvvəlki
kimi istədiyi an yatağının yuxarısından, divardan asdığı dədə-baba kamançasını
götürüb çala bilmirdi. Gəncliyindən bu yana heç vaxt yorulmaq bilməyən bu
nurani qoca, ruhən olmasa da cismən yaman taqətdən düşmüşdü. Zaman, bəli zaman
öz sözünü demişdi artıq. Amma yenə də hər yuxudan oyananda, qırışmış gözlərini
açanda ilk gördüyü kamançasına öncə gülümsəyər, ürəyindən bir neçə anlıq da
olsa əlinə alıb yenə gənclik illərindəki kimi milli muğamlarımızı – Bayatı
Şirazı, Segahı, Şuru çalmaq istərdi. Amma gəl gör ki artıq yataqdan qalxmağa
belə çətinlik çəkirdi.
Savalan dədə, elə Savalan dağının ətəyində
bir kasıb komada qalırdı. Özündən və qolu qırıq bu köhnə kamançasından savayı
kimsəsi yoxdu. Bir oğlu, bir qızı və ömür gün yoldaşı Selcan xatın qəddar rejim
tərəfindən müxtəlif bəhanələrlə suçlanmış və dar ağacından asılmışdı. Ona isə nəyəsə
görə acımışdı o fars quduzları. Yadına düşəndə gözləriylə birlikdə ürəyinin hər
zərrəsi ilə ağlayan Savalan dədə bu çarəsiz halına görə Allahdan da dönmüşdü
sanki. Ona, xalqına belə dəhşətli tale yazan Allaha qarşı bəzən nifrət yaranır,
bəzən “o yazını yazanda kaş qələmin qırılaydı” deyə öz-özünə deyinsə də, sonra
şanlı Türk tarixini xatırlayır, xoş günlərə, gözəl gələcəyə yenidən ümid etməyə
başlayırdı. Və beləcə Uca Yaradandan üzr istəyib “o gün gələcək və biz yenidən
azad olacağıq” deyə kədərli qəbinə toxtaqlıq verirdi.
Aşağı kəndlərdən hərdənbir uşaqlar gəlib
başına yığışar, onun həyatını təsvir etdiyi maraqlı hekayələrinə qulaq asardılar.
Yeniyetmə gənclər də arada gəlib evini təmizləyər, valideynlərinin verdiyi cüzi
ərzağı təslim edib gedərdilər. İndiki həyatından ümidi olmasa da, Savalan dədənin
çox coşqun və fəal ömür tarixçəsi var idi. Əslində adı da tamam başqaydı bu
mehriban qocanın. Amma başına maraqlı hekayələrçün yığışan uşaqlar, onu Savalan
dağının ətəyində tənha bir yerdə yaşadığı üçünmü, yoxsa başqa səbəbə görə idi,
bilinmir, elə “Savalan dədə” çağırdıqlarından, o, da tədricən öz adını unutmuş,
özünü Savalan dədə kimi tanımışdı sanki.
Bəzən olurdu ki, şovinist fars
rejimindən qaçıb canını qurtaran bir sıra milli fəallarımız onun yanına gələr,
bir müddət ona sığınar, bu nurani qocadan məsləhətlər alıb gedərdilər.
Savalan dədə bütün bu düşüncələrini,
xatirələrini kamançasına hər baxdığı zaman yenidən xatırlayırdı. Qolu qırıq
kamança sanki qarşılığında deyərdi: “Ehey, qoca Savalan, sən nələr gördün bu 80
illik ömründə, nə günlər yaşadın, amma hələ də ayağa qalxıb məni çala bilmə
ümidin var...”
Bu qırıq kamançanı beş il öncə təsadüfən
buradan keçən bir Türk səyyah təmir etmişdi onunçün. Dediyinə görə onun atası
da kamança həvəskarıymış. Elə uşaq vaxtından onun zərif səsiylə böyüyübmüş. Və əlindən
çox şey gələn bu adam mahir sənətkar idi. Özəlliklə musiqi alətlərini təmir etmək
və s. işlərdə. Təmir olunsa da qırıldığı yer hələ də bilinirdi, görünürdü.
Ondaki yarıq, hər zaman Savalan dədənin ürəyini dağlayırdı, düşüncələrini əvvəlki
keşməkeşli günlərə aparırdı. Və bu dəfə də sanki qırıq kamança Savalan dədəyə
hekayə danışacaqdı. Bu hekayə yalnız Savalan dədənin deyil, bir millətin milli
istiqlal mübarizəsinin hekayəsiydi...
Beləcə bu gün də yuxudan oynanan
kimi kamançasına tamaşa edən Savalan dədə, bir anlıq özünü yenə onu ifa edərkən
düşündü və öz xəyalında Segah muğamını çalmağa başladı...
Hər şey Savalan dədənin 20 yaşı
olandan sonra başlamışdı. Şovinist fars “şah” hakimiyyəti onun ana-atasını, el
obasındakı “qara” camaatı yaman incidirdi. Savalan dədəninsə kənddə qalıb
mübarizə aparmağa hələ gücü yox idi. Birdəki düşüncəsində tamam başqa şeylər
dolanırdı. 14 yaşından qonşuluqdaki Mirzə dayının necə mahir kamança ustası
olmasını görmüş və bəyənmişdi. Özünə söz vermişdi ki, böyüyüb bu kənddən gedəcək
və şəhərdə mükəmməl kamança təhsili alacaq. Mirzə dayıdan ibtidai təhsili alandan
sonra öz xəyallarına, arzularına daha çox bağlanan Savalan dədə, xalqın milli
mübarizəsiylə də yaxından maraqlanır və içində farslara, şaha qarşı günü-gündən
nifrəti artırdı. Bir neçə gənc dostunun şahın quduzlaşmış əsgərləri tərəfindən
öldürüldüyünü eşitdikdə isə ali kamança təhsili almaq arzusunu kənara qoyub bir
müddət ancaq vətən, millət haqqında düşünməyə və dostlarıyla gizli alaçıqlarda
tez-tez toplaşıb xalqın gələcəyi üçün qərarlar almağa başladı Savalan dədə.
Bir neçə il o vaxtın fars təhlükəsizlik
orqanı olan SAVAK tərəfindən təqib edilsə də, mübarizəsindən qalmır, yeni-yeni
planlar qururdu. Ata-anası rəhmətə getdikdən sonra isə Mirzə dayının nəslindən
olan bir yetim qızla evləndi və başqa rayona köçdü. Ancaq yenə də milli mübarizəyə
davam edərək gizlində gənc milli fəallarla görüşüb fikir mübadiləsində iştirak
edirdi. Sonradan şarlatan olduğunu anlayan, ancaq o vaxtı hələ sadə inqilabçı
kimi tanıdığı Xomeyninin adamlarıyla da aradabir görüşür və şahı devirmək üçün
hazırlanan planlara qoşulmuşdu.
Bir müddət milli mübarizəyə həyatını
həsr edən Savalan dədə, ilk və yeganə müəllimi Mirzə dayı rəhmətə getdikdən
sonra ona miras qoyduğu kamança ilə məşğul olmağı da unutmadı. Öz-özünü təkmilləşdirib
günü-gündən yeni melodiyalar, yeni musiqilər bəstələdi. Hətta bu kamança
bilavasitə onun mübarizəsinə xidmət etməyə başlamışdı. Çox vaxt bəzi dostları
yığışanda ondan muğamlarımız xaricində daha coşqun, daha çılğın musiqilər istəyirdilər.
O da əlindən gələni edərək bir neçə milli “marş” yazdı. Milli fəallar içində
tar, saz və qaval ifaçılarını da tapdı tədricən və müstəqil milli ansamblı
yaratdı...
Xomeyninin iç üzü öz silahdaşı, haqq
mübarizəsində ona kömək etmiş Şəriətmədarini aldadıb hakimiyyətə gəlmək üçün
ondan və saf xalq kütlələrindən istifadə etdiyi və qısa zaman sonra onu
tutdurub, ölənədək həbsdə saxladığı anlarda bilinmişdi. Savalan dədə isə o
vaxtki bu kirli “fars oyunu”-dan agah olmuş, zaman-zaman əməkdaşlıq etdiyi
bütün dini inqilab qruplarından ayrıldı və özünün bir neçə saf, təmiz Türk
milliyyətçisi dostuyla gizli fəaliyyət göstərməyə başladı. Qocalana yaxın isə
fars quduzları onun ailəsini həbs edib edam etdilər. O, da sonradan adını
aldığı qocaman Savalan dağının ətəyinə sığındı.
Müəyyən bir müddət həbs həyatı
yaşayan Savalan dədə qısa zamanda farsların kirli oyunlarını dərk etmiş, şahla
indiki dini hakimiyyətin bir fərqi olmadığını anlamışdı. Ortada tək bir faktor
vardı, o da Türkə qarşı nifrət. Bəli bu faktor bütün farsları siyasi və ictimai
əqidəsindən asılı olmayaraq bir yerə toplayırdı. Gözü önündə dostlarının, dava
yoldaşlarına verilən qeyri insani işgəncələr Savalan dədədə farslara qarşı nifrət
yaradır, Türkün başına gətirilən bu bəladan qurtuluş yollarını axtarmağa vadar
edirdi. Azərbaycanın quzeyindən gələn xəbərləri, oradaki hadisələr haqqında
yazılan məlumatları çətinliklə də olsa əldə edən Savalan dədə, hayların, bəzi
kürd qruplarının, rusların İran hakimiyyətiylə əlbir olub nəinki Azərbaycanda,
Türk dünyasının hər yerində müxtəlif bəhanələrlə dəhşətli qətllər, soyqırımlar
törətdiyini də öyrənmişdi. Bütün düşüncəsini millətinə qarşı oynanan olduqca təhlükəli
oyunlara cəmləyib yeni planlar qurmağa, bacardığı qədər mübarizəsinə davam etməyə
çalışdı. Bu mübarizə həmişə olduğu kimi onun kamançada ifa etdiyi musiqi
parçalarında da özünü büruzə verirdi.
Sulduz, Urmiya, Təbriz, Ərdəbil,
Miyanə və s. bölgələrdəki qətliamlar, Qarabağ müharibəsi, Xocalı faciəsi bir
gün Savalan dədəni o qədər dərin kədərə qərq etdi ki, illərlə əzizlədiyi,
qoruduğu, canından çox sevdiyi kamançasını qəzəblə yerə çırpmasına səbəb oldu.
Kamança qırılmışdı. Amma baş verən dəhşətli hadisələrdən, düşmənlərin oynadığı
mənfur oyunlardan ürəyi parçalanan Savalan dədəni artıq o düşündürmürdü.
Haradasa 10 il kamança qırıq qaldı, Savalan dədənin ürəyisə əbədi...
Bu dəfə xatirlərindən, keçmiş düşüncələrindən
ayılan Savalan dədənin sanki qollarına güc gəldi, birdən birə ayağa qalxıb qədim
və sadiq dostu kamançanı əlinə aldı və milli mübarizə tonlarıyla zəngin olan
Heyratı muğamını ifa etməyə başladı. Elə o gün axşam eşitdi ki, rəşadətli
ordumuz hayların sərhəddə çaxnaşma cəhdindən istifadə edərək əks-hücuma keçib və
işğal altında olan bir neçə kəndi azad etmişdi. Səhəri gün yuxudan oyanan kimi
Savalan dağını seyrə çıxan Savalan dədə dağın başında qəribə bir görüntüylə
rastlaşdı. Dağın başındaki duman və qaya parçaları birlikdə sanki Bütöv Azərbaycanın
xəritəsini canlandırırdı. Və Savalan dədə fərəhlə köks ötürərək yerə çökdü, əllərini
göyə qaldırıb Tanrıya yalvarmağa başladı:
- Ey, Uca Yaradan, sən bu xalqın halına
acı. Sadə, kiçik bu bütövlük arzusunu çox görmə. Axı buna haqqımız var.
Savalan dədə bu arzuyla komasına
girib yenə kamançasına sarıldı. Sanki son dəfə əlinə alırmış kimi öpüb gözlərinə
qoydu. Sonra yatağına uzanıb dərin və əbədi yuxuya getdi. Elə o andaca göy
guruldadı, ildırım çaxdı və qırıq kamança yerə çırpılıb yenə qırıldı...
Elşən İsmayıl
Gənc, həvəskar yazar
--------------------------
Kırık kamanca (hikaye)
Azərbaycanımızın güneyinde milli
istiklal uğrunda şehit olan soydaşlarımıza adanmıştır ...
Savalan dede çok qocalmışdı. Artık
eskisi gibi istediği an yatağının yukarısından, duvardan astığı ata kamançasını
alıp çala bilmiyordu. Gençliğinden bu yana hiç yorulmak bilmeyen bu nuranî
ihtiyar, ruhen olmasa da cismen yaman taqetden düşmüştü. Zaman, evet zaman
kendi sözünü söylemiş zaten. Ama yine de her uykudan uyanınca, kırışmış
gözlerini açtığında ilk gördüğü kamançasına geri gülümser, kalbinden birkaç
anlık da olsa eline alıp yine gençlik yıllarındaki gibi ulusal muğamlarımızı -
Bayatı Şirazi, Segahı, sürü çalmak isterdi. Ama gel gör ki artık yataktan
kalkmaya bile zorlanıyordu.
Savalan dede, öyle Savalan dağının
eteğinde bir fakir komada kaldı. Kendisinden ve kolu kırık bu eski
kamançasından başka kimsesi yok. Bir oğlu, bir kızı ve ömür gün eşi Selcan
Hatun acımasız rejim tarafından çeşitli bahanelerle suçlanmış ve dar ağacından
asılmıştı. Ona ise neyese göre gelenlerden o fars quduzları. Yadına düşende gözleriyle
birlikte kalbinin her zerresi ile ağlayan Savalan dede bu çaresiz haline göre
Allah'tan da dönmüştü sanki. Ona, halkına böyle vahim tale yazan Allah'a karşı
bazen nefret oluşur, bazen "o yazıyı yazarken keşke kalemin
qırılaydı" diye kendi kendine deyinsə de, sonra şanlı Türk tarihini
hatırlıyor, hoş günlere, güzel geleceğe yeniden umut etmeye başlıyordu. Böylece
Yüce Yaradandan özür dileyip "o gün gelecek ve biz yeniden özgür
olacağız" diye üzgün qəbinə toxtaqlıq veriyordu.
Düşük köylerden ara sıra çocuklar
gelip başına toparlanır, onun hayatını tasvir ettiği ilginç hikayelerine kulak
asardılar. Bir genç gençler de arada gelip evini temizler, ebeveynlerinin
verdiği cüzi ərzağı teslim edip giderlerdi. Şimdiki hayatından ümidi olmasa da,
Savalan dedenin çok coşkun ve aktif ömür geçmişi vardı. Aslında adı da tamam
başqaydı bu sevecen ihtiyarın. Ama başına ilginç hekayələrçün toparlanan
çocuklar, onu Savalan dağının eteğinde tenha bir yerde yaşadığı için mi, yoksa
başka nedenden ötürü idi, bilinmiyor, öyle "Savalan dede"
çağırdıklarında, o da yavaş yavaş kendi adını unutmuş, kendini Savalan dede
gibi tanımıştı sanki.
Bazen olurdu ki, şovenist Fars
rejiminden kaçıp canını kurtaran bir dizi ulusal fəallarımız onun yanına gelir,
bir süre ona sığınır, bu nurani ihtiyardan tavsiyeler alıp giderlerdi.
Savalan dede tüm bu düşüncelerini,
anılarını kamançasına her baktığı zaman yeniden hatırlıyordu. Kolu kırık kaman
sanki karşılığında derdi: "Ehey, ihtiyar Savalan, sen neler gördün bu 80
yıllık ömründe, ne günler yaşadın, ama hala ayağa kalkıp beni çala bilme ümidin
var ..."
Bu kırık kamançanı beş yıl önce
tesadüfen buradan geçen bir Türk gezgin tamir etmişti onunçün. Dediğine göre
onun babası da kaman həvəskarıymış. Öyle çocuklar vaktinden onun zarif sesiyle
böyüyübmüş. Ve elinden çok şey gelen bu adam usta sanatçı idi. Özellikle müzik
aletlerini tamir etmek vb. işlerde. Tamir olunsa da kırıldığı yer hala
biliniyordu, görünüyordu. Ondaki yarık, her zaman Savalan dedenin kalbini
dağlayırdı, düşüncelerini önceki keşmekeşli günlere götürüyordu. Ve bu kez de
sanki kırık kaman Savalan dedeye hikaye danışacaqdı. Bu hikaye sadece Savalan
dedenin değil, bir milletin milli istiklal mücadelesinin hekayəsiydi ...
Böylece bugün de uykudan oynanan
gibi kamançasına izleyen Savalan dede, bir anlık kendini yine onu ifa ederken
düşündü ve kendi hayalinde Segah muğamını çalmaya başladı ...
Her şey Savalan dedenin 20 yaşı
olduktan sonra başlamıştı. Şovinist fars "şah" hakimiyeti onun
ana-babasını, el obasındakı "siyah" cemaati yaman incidirdi. Savalan
dədəninsə kalıp mücadele etmeye henüz gücü yoktu. Bu arada düşüncesinde tamamen
başka şeyler dolanırdı. 14 yaşından qonşuluqdakı Mirza dayının nasıl mahir
kaman ustası olmasını görmüş ve beğenmişti. Kendisine söz vermişti ki, büyüyüp
bu köyden gidecek ve şehirde mükemmel kaman eğitimi alacak. Mirze dayıdan
ilköğretim eğitimi aldıktan sonra kendi hayallerine, arzularına daha çok
bağlanan Savalan dede, halkın ulusal mücadelesiyle de yakından ilgileniyor ve
içinde Farslara, şaha karşı günden güne nefreti artırdı. Birkaç genç dostunun
şahın quduzlaşmış askerleri tarafından öldürüldüğünü duyunca ise yüksek kaman
eğitimi almak arzusunu kenara bırakıp bir süre ancak vatan, millet düşünmek ve
dostlarıyla gizli alaçıqlar sık sık toplanıp halkın geleceği için kararlar almaya
başladı Savalan dede.
Birkaç yıl o vaktin fars güvenlik
organı olan SAVAK tarafından takip edilse de, mücadelesinden kalmıyor, yeni
yeni planlar kurdu. Ata-anası rahmete gittikten sonra ise Mirza dayının
soyundan bir yetim kızla evlendi ve başka bölgeye taşındı. Ancak yine de milli
mücadeleye devam ederek gizlediklerini genç milli aktivistlerle görüşüp fikir
alışverişinde yer alıyordu. Sonradan şarlatan olduğunu anlayan, ancak o zaman
henüz basit devrimci gibi tanıdığı Humeyni'nin adamlarıyla da arada bir
görüşüyor ve şahı devirmek için hazırlanan planlara girmişti.
Bir süre milli mücadeleye hayatını
adayan Savalan dede, ilk ve tek hocası Mirza dayı rahmete gittikten sonra ona
miras bıraktığı kaman ile uğraşmayı da unutmadı. Kendi kendini geliştirip geçen
gün yeni melodiler, yeni müzikler besteledi. Hatta bu kaman doğrudan onun
mücadelesine hizmet vermeye başlamıştı. Çoğu zaman bazı arkadaşları yığışanda
ondan muğamlarımız dışında daha coşkun, daha çılgın müzikler istiyorlardı. O da
elinden geleni yaparak birkaç milli "marş" yazdı. Milli aktivistler
içinde tar, saz ve kaval sanatçılarını da buldu tedricen ve bağımsız ulusal
topluluk yarattı ...
Humeyni'nin içyüzü kendi silah
arkadaşı, hak mücadelesinde ona yardım etmiş Şəriətmədarini kandırıp iktidara
gelmek için ondan ve saf halk kütlelerinden kullandığı ve kısa zaman sonra onu
tutdurub, ölesiye hapiste tuttuğu anlarda bulunmuştu.Cezasının. Savalan dede
ise o vaxtki bu kirli "fars oyunu" dan haberdar olmuş, zaman zaman
işbirliği yaptığı tüm dini devrim gruplarından ayrıldı ve kendisinin birkaç
saf, temiz Türk milliyetçisi dostuyla gizli faaliyet göstermeye başladı.
Qocalana yakın ise fars quduzları ailesini tutuklayıp idam ettiler. O da
sonradan adını aldığı kocaman Savalan dağının eteğine sığındı.
Belli bir süre hapis hayatı yaşayan
Savalan dede kısa zamanda Farsların kirli oyunlarını fark etmiş, şahla şimdiki
dini yönetimin bir farkı olmadığını anlamıştı. Ortada tek bir etken vardı, o da
Türk'e karşı nefret. Evet bu etken tüm farsları siyasi ve sosyal görüşüne
bakılmaksızın bir yere toplayırdı. Gözü önünde dostlarının, dava arkadaşlarına
verilen gayri insani işkenceler Savalan dədədə Farslara karşı nefret yaratıyor,
Türk'ün başına getirilen bu beladan kurtuluş yollarını aramaya vadar ediyordu.
Azerbaycan'ın kuzeyinden gelen haberleri, oradaki olaylar hakkında yazılan
bilgileri güçlükle de olsa elde eden Savalan dede, hayların, bazı Kürt gruplarının,
Rusların İran hakimiyetiyle birlik olup sadece Azerbaycan'da, Türk dünyasının
her yerinde çeşitli bahanelerle korkunç cinayetler, katliamlar işlediğini de
öğrenmişti. Tüm düşüncesini milletine karşı oynanan oldukça tehlikeli oyunlara
cemleyib yeni planlar kurmaya, olabildiğince mücadelesine devam etmeye çalıştı.
Bu mücadele her zaman olduğu gibi onun kamançada ifa yaptığı müzik parçalarında
da kendini göstermektedir veriyordu.
Sulduz, Urmiye, Tebriz, Erdebil,
Miyanə vb. bölgelerdeki katliamlar, Karabağ Savaşı, Hocalı faciası bir gün
Savalan dedeyi o kadar derin üzüntüye boğdu ki, yıllarca ezizlediyi, koruduğu,
canından çok sevdiği kamançasını öfkeyle yere çırpmasına neden oldu. Kamança
kırılmıştı. Ama yaşanan vahim olaylardan, düşmanların oynadığı menfur
oyunlardan kalbi parçalanan Savalan dedeyi artık o düşündürmürdü. Neredeyse 10
yıl kaman kırık kaldı, Savalan dedenin ürəyisə ebedi ...
Bu kez xatirlərindən, eski
düşüncelerinden ayılan Savalan dedenin sanki kollarına güç geldi, birden bire
ayağa kalkıp eski ve sadık dostu kamançanı eline aldı ve milli mücadele
tonlarıyla zengin olan Heyratı muğamını ifa etmeye başladı. İşte o gün akşam
duydu ki, reşadetli ordumuz hayların sınırda panik girişiminden kullanarak
karşı saldırıya geçti ve işgal altında bulunan birkaç köyü tahliye etmişti.
Ertesi gün uyanır uyanmaz Savalan dağını seyre çıkan Savalan dede dağın başında
tuhaf bir görüntüyle karşılaştılar. Dağın başındaki duman ve kaya parçaları
birlikte adeta Komple Azerbaycan'ın haritasını canlandırıyordu. Ve Savalan dede
ferehle göğüs indirirken yere çöktü, ellerini göğe kaldırıp Tanrı'ya yalvarmaya
başladı:
- Ey, Yüce Yaradan, sen bu halkın
haline acı. Basit, küçük bu bütünlük arzusunu çok görme. Çünkü buna hakkımız
var.
Savalan dede bu arzuyla komasına
girip yine kamançasına sarıldı. Sanki son kez eline alıyormuş gibi öpüp
gözlerine sürdü. Sonra yatağına uzanıp derin ve ebedi uykuya daldı. İşte o anda
gök guruldadı, yıldırım çaktı ve kırık kaman yere çarpıp yine kırıldı ...
Elşen İsmail
Genç, amatör yazar
.