Pakistanla Hindistanın sərhəddində
yaşayan Hunza türkləri dünya alimlərinin diqqət mərkəzinə çevrilib.
Axşam.az Türkiyə mətbuatına istinadən
xəbər verir ki, kökü Hun türklərindən gələn Hunzalar bir sıra qeyri-adi
xüsusiyyətlərə malikdirlər.
Belə ki, Hunza türkləri 110-120 il
yaşayır, qadınlar 65-70 yaşında ana olur və heç vaxt xərçəng xəstəliyinə
tutulmurlar. Onlar eyni zamanda, digər xəstəliklərə də nadir hallarda
yoluxurlar. Dəniz səviyyəsindən 6 min
metr hündürlükdəki ərazidə yaşayan Hunzalar özlərinin əkib-becərdikləri məhsullarla
qidalanır və buz kimi su içirlər.
Ədviyyatlı yeməkləri ilə məşhur olan Hunzaların uzunömürlülüyünün sirri
alimlərin də diqqətini cəlb edib və onlar artıq bunun üzərində araşdırmalara
başlayıblar.
.