AVROPAYA KUYRUK OLUNCA


Gedib Aavropaya quyruq olunca,
Türkün dünyasına, baş edə bilək.
Urvata mindirib Turan elini,
Millətin könlünü xoş edə bilək.


Birləşə bilək ki, gücümüz olsun,
Qurmağa taxtımız, tacımız olsun,
Çatanda od üstə sacımız olsun,
Qarnımız doyusu aş edə bilək.

Abilər, niyə?- din uyudur bizi,
Gözləri qıpıcıq böyüdür bizi,
Millətlər içində üyüdür bizi,
Xofu içimizdən dış edə bilək.

Ruhu oyatmağa Dombra, Saz var,
Qızmağa neftimiz, bolluca qaz var,
Ayaqda durmağa bizdə də diz var,
Amalda, əməldə iş edə bilək.

Coculu deyir ki, birlik vaxtıdır,
Ərənlik vaxtıdır, ərlik vaxtıdır,
Təki cəm edəndə dirlik vaxtıdır,
Ikini üç deyil, beş edə bilək.

Seyraqif Coculu 
(Seyraqif Coculu)



.