TATARLARIN GİZLƏDİLMİŞ TARİXİ VƏ YA TURANIN GERÇƏK XƏRİTƏLƏRİ

Bəxtiyar Tuncay

Rusiya prezidenti Vladimir Putinin yaxın zamanlara qədər gizlədilən tarixi dəlillərin üzərindən gizlilik pərdəsinin götürməsindən və Rusiya məktəblərində tədris edilən rəsmi Rusiya tarixinin siyasi məqsədlərlə təhrif edilmiş saxta tarix olduğunun üzə çıxmasından sonra (1) rus-türk əlaqələrinin tarixinə yeni nəzərlərlə baxmaq və ortaq geopolitik maraqları yenidən dəyərləndirmək üçün yeni imkanlar açılmışdır. Söhbət prezidentin göstərişi ilə rusiyalı iş adamı Əlişir Usmanovun dünyanın müxtəlif yerlərindən əldə edərək Rusiyaya gətirilən və müxtəlif dövrlərdə Avropa ölkələrində, eləcə də Rusiyada nəşr edilən xəritələrdən gedir. 

XIII – XVIII əsrlərə aid olan bu xəritələrin hamısında bugünkü Rusiya ərazisinin tamamının «Böyük Tartariya», başqa sözlə, «Böyük Tatarıstan» adlandığını və 1771-ci ilə qədər «Rusiya» adının işlədilmədiyini görürük. Yalnız həmin ildən sonra Rusiya indiki Peterburq və Moskva şəhərləri arasında yerləşən kiçik bir ərazidə peyda olur. Öncəki xəritələrdə isə həmin kiçik ərazi ya Avropanın bir hissəsi kimi göstərirlir, ya da «Avropa Moskoviyası» (Avropa Moskva dövləti) kimi qeyd edilir. Onun şərqində İsə Böyük Tartariyanın (Böyük Tatarıstanın) önəmli hissəsini əhatə edən «Moskva Tartariyası» (Moskva Tatar dövləti) göstərilir.


Giymon Delil və Tobias Konard Lotter tərəfindən tərtib edilərək, 1772-ci ildə Ausburqda dərc edilmiş xəritə (Guil. Delisle. Tobias Conrad Lotter. Asia. Augsbourg. 1772). Boyanmış qravüra. Rusiya Dövlət Tarix Muzeyinin xəritəşünaslıq bölməsində saxlanılır (Moskva, şifrəsi ГО-7891077/4).
Bu xəritədə Avropanın bir hissəsi kimi göstərilən Avropa Moskoviyası ilə Moskva Tatar dövləti arasında sərhədlərin haradan keçdiyi dəqiq göstərilib. Bu sərhədd 1772-ci ildə Azov dənizindən Don çayının yuxarı axarı böyunca uzanır və daha sonra isə Novqoroddan keçirdi.



XVIII əsrin daha öncəki dövrlərə aid digər xəritələri ilə müqayisə göstərir ki, 1772-ci ildə sərhədd xətti Moskva Tatar dövlətinin xeyrinə dəyişərək, bir qədər qərbə tərəf sıxışdırılmış və Don çayının aşağı axarına çatmışdır. Rus alimlərindən Q. V. Nosobskiy və A. T. Fomenki hesab edirlər ki, həmin ildə iki ölkə arasında müharibə baş vermiş və ehtimal ki, hərbi əməliyyatlara ilk öncə tatarlar başlamışlar. Onlar bildirirlər ki, həmin dövrdə paytaxtı Tobolsk şəhəri olan Moskva Tartariyası, yəni Moskva Tatar dövləti dünyanın ən böyük dövləti olmuşdur (2). Bu fikri Britaniya Ensiklopediyasının 1771-ci il nəşri də təsdiqləyir. Ensiklopediyanın «Coğrafiya» bölümündə əks olunmuş bir cədvəl var. Həmin cədvəldə dövrün əsas dövlətləri sadalanır, onların sahəsi, paytaxtı və Londondan olan uzaqlığı, eləcə də Londonla saat fərqi qeyd edilmişdir.
Sözügedən ensiklopediyada Rusiyanın adı Avropa bölümündə, sadəcə bir dəfə çəkilir. Paytaxtının Peterburq, sahəsinin isə 1.103.485 mil kvadrat olduğu göstərilir. Paytaxtı Tobolsk olan Moskva Tatar dövlətinin sahəsinin isə bunda təqribən üç dəfə daha böyük, yəni 3.050.000 mil kvadrat olduğu yazılıb. Həmin dövrdə dörd hissədən ibarət olan (Krım xanlığı, Moskva Tatar dövləti və Çin Tatarıstanı bir dövlət idi və Krımdan idarə olunurdu, Azad Tatar dövləti adlandırılan Türküstan isə bağımsız idi) Böyük Tartariyanın, yəni Böyük Tatarıstanın ümumi sahəsi 4.472.290 mil kvadrat olmuşdur (3).
XVIII əsrin ortalarına aid edilən, Moskvada, Qədim Aktlar Arxivində qorunan bir rus xəritəsində isə üç tatar dövləti qeyd olunub: Böyük Tartariya (Krım xanlığı və Moskva Tatar dövlətlərini əhatə edir), Azad (bağımsız) Tartariya və onun tərkib hissəsi olan və Krımdan idarə edilən Çin Tartariyası (Çin Tatar dövləti) (2).
Lakin Bir qədər sonrakı xəritələrdə artıq başqa mənzərə ilə rastlaşırıq Moskvadakı Dövlət Tarix Muzeyində qorunan, XVIII əsrin sonlarına aid edilən və üzərində «Roma dilindən tərcümə edilmiş kosmoqrafiya. Burada dövlət və ölkələrin adları bildirilir» sözləri yazılmış başqa bir rus xəritəsində Moskva Tatar dövlətinin ərazisi Sibir kimi göstərirlir və onun haqqında belə yazılır. Böyük Sibir ölkəsi. Əvvəllər xanlıq idi, indi Rusiyanın tərkibindədir (2).

Moskvadakı Dövlət Tarix Muzeyində qorunan, XVIII əsrin sonlarına aid edilən və üzərində «Roma dilindən tərcümə edilmiş kosmoqrafiya. Burada dövlət və ölkələrin adları bildirilir» sözləri yazılmış başqa bir rus xəritəsində
Eyni mənzərəni 1796-cı ildə cızılmış bir alman xəritəsində də görməkdəyik. Burada artıq Böyük Tatarıstan önəmli hissəsi, yəni Moskva Tatar dövlətinin və Krım xanlığının ərazisinin Rusiyanın tərkibində göstərilir. Bununla belə, Azad Tartariya (Türküstan) və Çin Tatar dövləti Rusiya sınırlarından kənardadır. Yəni onlar hələ bağımsızlıqlarını sürdürməkdədirlər.

Rusiya imperatorluğunun Böyük Tatarıstanın əks olunduğu alman xəritəsi (Gussefeld F.L. Carte de l'Empire de Russie & de la Grande Tatarie. Publiee par les Heredum   Homannianorum. Norimberg. 1786). Moskva, Dövlət Tarix Muzeyinin Xəritəşünaslıq bölməsi. Şifrəsi ГО-6217. 
Q. V. Nosovskiy və A. T. Fomenki hesab edirlər ki, Romanovlar sülaləsinin hakimiyyətdə olduğu Rusiya ilə Böyük Tatarıstan arasında sonuncu savaş 1768-1774-cü illər Rusiya-Osmanlı müharibəsi ilə paralalel getmiş və bu müharibədə tatarlar Osmanlı xəlifəsinin təbələri kimi savaşmışlar. Lakin 1774-ci ildə Osmanlıların gözlənilmədən Rusiya ilə sülh sazişi imzalaması tatarları arxasız qoymuş və bu, ruslara, Çin Tatarıstanı və Azad Tatarıstan dışında, Böyük Tatarıstanın digər ərazilərini işğal etməsinə imkan vermişdir (2).  Nəticədə Krımın və Böyük Tatar dövlətinin sonuncu xanı Şahin Gəray 14 aprel 1783-cü il tarixində xaqanlıq taxtından imtina etməyə, tatar bəyləri də rus təəbəliyini qəbul etməyə məcbur  olmuşlar (4).
Avropa mənbələrində, o cümlədən ensiklopediya və xəritələrdə Tatarıstanın adı «Tartariya», tatarların adı isə «tartar» kimi tələffüz edilir və beləcə də yazılırdı, Başqa sözlə, «tartar» kəlməsi tatarların, «Tartariya» adı isə Tatarıstanın sinonimi kimi işlənirdi (5, 255-256). Latın dilində tərtib edilmiş mətnlərdə adı «Tartaria», fransızdilli mətnlərdə «Tartarie», ingilis dilində «Tartary», almancada isə «Tatarei» kimi qeyd edilən bu ölkə Qara dənizindən Sakit Okeana, Çin və Hindistana qədər uzanırdı. Onun şimal sərhəddini Şimal Buzlu Okeanı təşkil edirdi. Adı XIII-XVIII əslərə aid xəritələrdə dünyanın ən böyük dövlətinin adı olaraq keçirdi. Bu hala  hətta artıq mövcud olmadığı dövrün, daha dəqiq desək,  XIX əsrin bəzi xəritələrində də rast gəlinir (6, 35).

Böyük Tatarıstanın XVIII əsrdə tərtib edilmiş daha bir xəritəsi. “L’Asie dresse sur les observations de l’Academie Royale des Sciences et quelques autres, et Sur les memoires les plus recens. Amsterdam. Chez R. & J. Ottens”. Tərtib edildiyi il məlum deyil.
Orta əsrlərdə Avropada bütün türklər «tartar», yəni tatar adı ilə tanınırdılar. Qədim farslar bütün türk xalqlarını «saka» (sak), yunanlar «skyth» (iskit), ərəblərsə «türk» adlandırdıqları kimi, avropalılar, o cümlədən slavyanlar da «tatar»  deyirdilər. Bu ad XIII əsrdə Çingiz xanın parça-parça olan əski Turan torpaqlarını öz hakimiyyəti altında birləşdirməsindən və yenidən vahid dövlətə çevirməsindən sonra geniş yayılmışdır. Avropalılar sözügedən etnonimi qərəzlə «cəhənnəm» mənasında işlətdikləri «Tartar» adı ilə eyniləşdirərək, bu şəkildə də işlətməyə başladılar. Onlar üçün ucu-bucağı görünməyən bu ölkə ilk dövrlərdə bir müamma olaraq qalmaqda idi (7, 192-198; 8, 27).
S. Qorşeninanın yazdığına görə, Çingiz xanın tarix səhnəsinə çıxışı avropalıların ürəyinə elə bir qorxu salmışdı ki, onlar bu türk xalqını xristian miflərindəki Yəcuc və Məcuclarla eyniləşdirməyə başladılar (9, 108-109). Bu mövzu 1846-cı ildə ruslar tərəfindən dərc edilmiş bir akademik nəşrdə öz obrazlı əksini aşağıdakı şəkildə tapmışdır: «Avropalıların təsəvvüründə tatarlar dəhşət saçan və axır-zamanı başladan xalq idi və bu səbəbdən də etnonim xristianlığa qədərki təsəvvürlərlə uyğunlaşdırılaraq «tartar» şəklini almışdı» (5, 256).

Böyük Tatarıstan 1670-1680-ci illərdə.
Maraqlıdır ki, «Tartariya», yəni «Tatarıstan» terminini Çingiz xanın tarix səhnəsinə çıxmamışdan təqribən yarım əsr öncə Navarralı səyyah Veniamin Tudelli işlətmiş və bu adla Tibetin bir hissəsini, Türküstanla Tanqutlar ölkəsi arasındakı geniş ərazini adlandırmışdır (5, 255). Eyni terminə «Relatio de David» (1221) adlı kitabda da rast gəlinir. Fəqət bu kitabda həmin ölkənin coğrafi məkanı göstərilməyib. Burada söhbət nestorian məzhəbindən olan tatar xanı Davudun müsəlmanlar üzərində çaldığı qələbədən söhbət açılır. Fransalı salnaməçi Alberik də eyni ölkənin adını çəkmişdir. Bu iki mənbədə «tartar» adı qətiyyən mənfi çalar daşımır, tatarlar isə xristian missioneri pastor İohanın adı ilə əlaqədar yad edilir. Adın mənfi çalar daşıması Çingiz xan dövründən sonrakı illərə təsadüf edir (9, 107).
Ehtimal ki, «tartar» (tatar) adının mənfi anlamda ilk dəfə qıpçaqların qadın hökmdarı Russutana 1224-cü ildə Poma papası Honoriyaya yazdığı məktubunda işlətmişdir. Həmin məktubda söhbət tatarların Qafqaza hücumundan bəhs edilir. Eyni termindən eyni mənada 1238-ci ildə qıpçaq çöllərində xristianlığı yaymaqla məşğul olan Dominikanlı rahib Yulian da istifadə etmişdir (9, 108-109).
S. Qorşeninanın yazdığına görə, tatarların adı ilk öncələr pastor İohanla birlikdə hallandırıldığı  üçün Avropada xoş qarşılansa da, Çingiz xanın yürüşləri bu münasibəti dəyişdi. 1241-1242-ci illərdə yürüşlər Avropanı da hədəfə alandan sonra tatarlara «Tartar»ın (Cəhənnəmin) elçiləri kimi yanaşılmağa başlanıldı (9, 111-112).

Tatarıstanın xəritəsi 1640-1670. Blau Nəşrlər Evi. Amsterdam. Mis üzərində qravüra.
Bu xəritələrin sayı təqdim etdiklərimizdən qat-qat çoxdur. Və onlar bizə Turanın gerçək ərazisinin haraları əhatə etdiyini göstərməklə yanaşı, qarşımızda duran hədəfin də nə qədər böyük olduğunu nümayiş etdirir. Xatırladaq ki, Avropa mənbələrində qədim zamanlarda «Skhytya» (İskitlər ölkəsi), sonralar isə «Tartariya» adlandırılan ərazi fasr mənbələrində «Türyana» (Avesta), «Turan» (Firdövsi) və «Türküstan» adlandırılmışdır. Turan idealını bizə miras qoyan Əli bəy Hüsynzadə, İsmayıl bəy Qaspıralı, Zəki Vəlidi Toğan və Ziya Gökalp kimi fikir böyüklərimiz bu adı Firdövsidən əxz etmişlər. Çingiz xan isə onu «Yekə Menqu El Ulus» adlandırmışdır. Əski türkcəmizdə bu, «Böyük və Əbədi Respublika Ölkəsi» (Yekə-Böyük, Menqu-Əbədi, El – xalq, dövlət, başqa sözlə Xalq Dövləti, yəni Respublika, Ulus-Ölkə) deməkdir. Fikrimcə, Turanı bərpa etmək və onu ulu xaqanın adlandırdığı şəkildə adlandırmaq ən böyük hədəfimiz olmalıdır.


Ədəbiyyat
1.      Великая Тартария - только факты. https://www.youtube.com/watch?v=WZQahsI5aqs&list=PLgr9MKEMMdPRnIxGogzr7YO7TifDLp4Pk
 http://ruvera.ru/researches/gde_zaryta_sobaka_russkoiy_istorii_2_chast
3.      «Encyclopaedia Britannica; or, a Dictionary of Arts and Sciences, compiled upon a new Plan. In which the different Sciences and Arts are digested into distinct Treatises or Systems; and the various Technical Terms, etc. are explained as the occur in the order of the Alphabet. Illustrated with one hundred and sixty copperplates». By a Society of Gentlemen in Scotland. In three volumes. - Edinburgh: Printed for A.Bell and C.Macfarquhar. M.DCC.LXXI (1771)., с.682-684.
5.      Карманная книжка для любителей землеведения. —СПб.: Императорское Русское Географическое Общество, 1848. 
6.      Витсен Н. Бруно Наарден. Николаас Витсен и Тартария // Северная и Восточная Тартария, включающая области, расположенные в северной и восточной частях Европы и Азии. В 3 т / пер. с гол. В. Г. Трисман; ред. и науч. рук. Н. П. Копанева, Б. Наарден.. — Амстердам: Pegasus, 2010. 
7.      Закиев М. З. Происхождение татар // Происхождение тюрков и татар. — М.: Инсан, 2002. 
9.      Gorshenina, Svetlana. L'invention de l'Asie centrale: histoire du concept de la Tartarie à l'Eurasie. — Droz, 2014. — 702 p. 


 ***************

Bahtiyar Tuncay
Tatarların Gizlenmiş TARİHİ ve Turan'ın GERÇEK Haritaları
Rusya Devlet Başkanı Vladimir Putin'in yakın zamanlara kadar saklanan tarihi delillerin üzerinden gizlilik perdesinin almasından ve Rusya okullarında okutulan resmi Rusya tarihinin siyasi amaçlarla tahrif edilmiş sahte tarih olduğunun ortaya çıkmasından sonra (1) Rus-Türk ilişkilerinin tarihine yeni nezerlerle bakmak ve ortak jeopolitik çıkarları yeniden değerlendirmek için yeni olanaklar açılmıştır. Sohbet başkanın talimatı ile Rus iş adamı Ali Şir Usmanovun dünyanın çeşitli yerlerinden elde ederek Rusya'ya getirilen ve çeşitli dönemlerde Avrupa ülkelerinde, hem de Rusya'da yayınlanan haritalardan gidiyor.
XIII - XVIII yüzyıllara ait olan bu haritaların hepsinde bugünkü Rusya topraklarının tamamının "Büyük Tartariya», dolayısıyla, "Büyük Tataristan» anıldığını ve 1771 yılına kadar «Rusya» adının kullanılmadığını görüyoruz. Sadece bu yıldan sonra Rusya şimdiki Petersburg ve Moskova şehirleri arasında bulunan küçük bir alanda belirir. Önceki haritalarda ise bu küçük toprak veya Avrupa'nın bir parçası olarak göstərirlir, ya da «Avrupa Moskoviyası» (Avrupa Moskova devleti) olarak kaydedildi. Onun doğusunda İse Büyük Tartariyanın (Büyük Tatarıstanın) önemli bir bölümünü kapsayan «Moskova Tartariyası» (Moskova Tatar devleti) görüntülenir.

Giymon Delil ve Tobias Konard Lotter tarafından tertip edilerek, 1772 yılında Ausburqda yayınlanmış harita (Guil. Delisle. Tobias Conrad Lotter. Asia. Augsbourg. 1772). Boyanmış gravür. Rusya Devlet Tarih Müzesi xəritəşünaslıq bölümünde saklanır (Moskova, şifresi ГО-7891077/4).
Bu haritada Avrupa'nın bir parçası olarak gösterilen Avrupa Moskoviyası ile Moskova Tatar devleti arasında sınırların nereden geçtiği net gösterilir. Bu sərhədd 1772 yılında Azak Denizi'nden Don nehrinin yukarı akarı boyunca uzanır ve daha sonra ise Novgorod geçirdi.




XVIII yüzyılın daha önceki dönemlere ait diğer haritaları ile karşılaştırma gösteriyor ki, 1772 yılında sərhədd hattı Moskova Tatar devletinin lehine değiştirerek, biraz batıya sıkıştırılmış ve Don nehrinin aşağı axarına ulaşmıştır. Rus alimlerinden Q. V. Nosobskiy ve A. T. Fomenki düşünüyorlar ki, aynı yıl iki ülke arasında savaş oldu ve muhtemelen askeri operasyonlara ilk önce Tatarlar başlamışlardır. Onlar bildirirler ki, bu dönemde başkenti Tobolsk şehri olan Moskova Tartariyası, yani Moskova Tatar devleti dünyanın en büyük devleti olmuştur (2). Bu fikri Britanya Ensiklopediyasının 1771 baskısı de doğruluyor. Ansiklopedinin "Coğrafya" bölümünde yansımış bir tablo var. Bu tabloda dönemin önemli devletleri listeleniyor, onların alanı, sermaye ve Londra'dan olan uzaklığı, ayrıca Londonla saat farkı kaydedilmiştir.
Söz konusu ansiklopedide Rusya'nın adı Avrupa bölümünde, sadece bir kez çekilir. Başkentinin Petersburg, alanının ise 1.103.485 mil kare olduğu gösterilir. Başkenti Tobolsk olan Moskova Tatar devletinin alanının ise bunda yaklaşık üç kat daha büyük, yani 3.050.000 mil kare olduğu yazılmıştır. Bu dönemde dört bölümden oluşan (Kırım Hanlığı, Moskova Tatar devleti ve Çin Tatarıstanı bir devletti ve Kırım'dan yönetiliyordu, Özgür Tatar devleti adlandırılan Türkistan ise bağımsız idi) Büyük Tartariyanın, yani Büyük Tatarıstanın toplam alanı 4.472.290 mil kare olmuştur (3) .
XVIII yüzyılın ortalarına ait edilen, Moskova'da, Eski Elçilerin Arşivi'nde korunan bir Rus haritasında ise üç tatar devleti içermektedir: Büyük Tartariya (Kırım Hanlığı ve Moskova Tatar devletlerini kapsamaktadır), Özgür (bağımsız) Tartariya ve onun bir parçası olan ve Kırım'dan yönetilen Çin Tartariyası (Çin Tatar devleti) (2).
Fakat Biraz sonraki haritalarda artık başka tablo ile karşılaşıyoruz Moskova'daki Devlet Tarih Müzesi'nde korunan, XVIII yüzyılın sonlarına ait ve üzerinde «Roma dilinden tercüme edilmiş kosmoqrafiya. Burada devlet ve ülkelerin isimleri bildirilir "sözleri yazılmış başka bir Rus haritasında Moskova Tatar devletinin arazisi Sibirya gibi göstərirlir ve onun hakkında şöyle yazılır. Büyük Sibirya ülkesi. Eskiden hanlık idi, şimdi Rusya'nın içerisinde bulunmaktadır (2).

Moskova'daki Devlet Tarih Müzesi'nde korunan, XVIII yüzyılın sonlarına ait ve üzerinde «Roma dilinden tercüme edilmiş kosmoqrafiya. Burada devlet ve ülkelerin isimleri bildirilir "sözleri yazılmış başka bir Rus haritasında
Aynı manzarayı 1796 yılında çizilmiş bir Alman haritasında de görmekteyiz. Burada artık Büyük Tataristan önemli bölümü, yani Moskova Tatar devletinin ve Kırım Hanlığı'nın topraklarının Rusya'nın içinde gösterilir. Bununla birlikte, Özgür Tartariya (Türkistan) ve Çin Tatar devleti Rusya sınırlarından dışındadır. Yani onlar hala bağımsızlıqlarını sürdürməkdədirlər.

Rusya İmparatorluğu'nun Büyük Tatarıstanın yansıdığı alman Haritası (Gussefeld F.L. Carte de l'Empire de Russie & de la Grande Tatarie. Publiee par les Heredum Homannianorum. Norimberg. 1786). Moskova, Devlet Tarih Müzesi Xəritəşünaslıq bölümü. Şifresi ГО-6217.
Q. V. Nosovskiy ve A. T. Fomenki düşünüyorlar ki, Romanovlar hanedanının iktidarda olduğu Rusya ile Büyük Tataristan arasında son savaş 1768-1774 yılları Rus-Osmanlı Savaşı ile paralalel gitmiş ve bu savaşta tatarlar Osmanlı halifesinin təbələri gibi savaşmışlar. Fakat 1774 yılında Osmanlıların beklenmedik Rusya ile barış anlaşması imzalaması Tatarları arxasız koymuş ve bu, Ruslara, Çin Tatarıstanı ve Özgür Tataristan dışında, Büyük Tatarıstanın diğer işgal etmesine izin vermiştir (2). Sonuçta Kırım'ın ve Büyük Tatar devletinin son hanı Şahin Geray 14 Nisan 1783 tarihinde hakanlık tahtından vazgeçmeye, tatar beyleri de Rus təəbəliyini kabul etmeye mecbur olmuşlardır (4).
Avrupa kaynaklarında, özellikle ansiklopedi ve haritalarda Tatarıstanın adı "Tartariya», Tatarların adı ise "tartar" olarak telaffuz edilir ve böylece de yazılırdı, başka deyişle, "tartar" kelimesi Tatarların, «Tartariya» adı ise Tatarıstanın eşanlamlı olarak işleniyordu (5, 255 -256). Latince hazırlanan metinlerde adı "Tartaria», Frankofon metinlerde «Tartarie», İngilizce «Tartary», Almancada ise "Tatarei» olarak geçen bu ülke Siyah Denizi'nden Pasifik, Çin ve Hindistan'a kadar uzanıyordu. Onun kuzey sınırını Arktik Okyanusu oluşturuyordu. Adı XIII-XVIII eşlere ait haritalarda dünyanın en büyük devletinin adı olarak geçirdi. Bu hale hatta artık mevcut olmadığı dönemin, tam olarak, XIX yüzyılın bazı haritalarında da rastlanır (6, 35).

Büyük Tatarıstanın XVIII yüzyılda hazırlanan daha bir harita. "L'Asie dresse sur les observations de l'Academie Royale des Sciences et quelques autres, et Sur les Memoires les plus recens. Amsterdam. Chez R. & J. Ottens ". Tertip yapıldığı yıl bilinmemektedir.
Ortaçağ'da Avrupa'da tüm Türkler "tartar" yani tatar adıyla tanındılar. Eski Persler tüm Türk halklarını "saka" (sak), Rumlar «skyth» (iskit), ərəblərsə «Türk» dediğimiz gibi, Avrupalılar, özellikle Slavlar da «tatar» diyorlardı. Bu isim XIII yüzyılda Cengiz Han'ın paramparça olan eski Turan topraklarının kendi altında birləşdirməsindən ve yeniden tek devlete çevirmesinden sonra yapılmaktadır. Avrupalılar söz konusu etnonimi qerezle «cehennem» anlamında kullandıkları "Tartar" adıyla eyniləşdirərək, bu şekilde de çalıştırmaya başladılar. Onlar için ucu bucağı görünmeyen bu ülke ilk dönemlerde bir muamma olarak kalmaya idi (7, 192-198; 8, 27).
S. Qorşeninanın yazdığına göre, Cengiz Han'ın tarih sahnesine çıkışı Avrupalıların kalbine öyle bir korku salmıştı ki, onlar bu Türk halkını Hıristiyan miflərindəki Yecüc ve Məcuclarla eynileşdirmeye başladılar (9, 108-109). Bu konu 1846 yılında Ruslar tarafından yayınlanmış akademik yayında kendi mecazi aksini aşağıdaki şekilde bulmuştur: "Avrupalıların tesevvüründe tatarlar dehşet saçan ve ahir-zamanı başlatan halk ve dolayısıyla da etnonim Hıristiyanlığa kadarki tesevvurlerle eşleştirilerek" tartar "şeklini almıştı» (5 , 256).

Büyük Tataristan 1670-1680 yıllarında.
İlginçtir ki, «Tartariya», yani «Tataristan» terimini Cengiz Han'ın tarih sahnesine çıkmadan yaklaşık yarım asır önce Navarralı gezgin Veniamin Tudelli işletmiş ve bu isimle Tibet'in bir bölümünü, türküstanla Tanqutlar ülkesi arasındaki geniş bir alanı adlandırmıştır (5, 255). Aynı terime «Relatio de David" (1221) adlı kitapta da rastlanır. Fakat bu kitapta o ülkenin coğrafi mekanı açıklanmaz. Burada sohbet nestorian mezhebinden olan tatar hanı Davud'un Müslümanlar üzerinde çaldığı galibiyetten bahsedilir. Fransalı salnaməçi Alber de aynı ülkenin adını çekmiştir. Bu iki kaynakta "tartar" adı kesinlikle olumsuz çalar taşımıyor, Tatarlar ise Hıristiyan misyoneri papaz İohanın adı ile ilgili yad edilir. Adı olumsuz çalar taşıması Cengiz Han döneminden sonraki yıllara rastlar (9, 107).
Muhtemelen, "tartar" (tatar) adının olumsuz anlamda ilk kez Kıpçakların kadın hükümdarı Russutana 1224 yılında ruj papası Honoriyaya yazdığı mektubunda kullanmıştır. Aynı mektupta sohbet tatarların Kafkasya'ya saldırısından bahsedilir. Aynı terim aynı anlamda 1238 yılında Kıpçak bozkırlarında Hıristiyanlığı yaymakla meşgul olan Dominiken rahip Yulian da kullanmıştır (9, 108-109).
S. Qorşeninanın yazdığına göre, Tatarların adı ilk önceler papaz İohanla birlikte hallandırıldığı için Avrupa'da hoş karşılansa da, Cengiz Han'ın seferleri bu yaklaşımı değişti. 1241-1242 yılları arasında seferler Avrupa'yı da hedefe alandan sonra tatarlara «Tartar" ın (cehennemin) elçileri gibi yanaşılmağa başlanıldı (9, 111-112).

Tatarıstanın Haritası 1640-1670. Blau Yayınlar Evi. Amsterdam. Bakır üzerinde gravür.
Bu haritaların sayısı takdim yaptıklarımızdan kat kat fazladır. Ve onlar bize Turan'ın gerçek topraklarının nereleri kapsadığını göstermekle birlikte, karşımızda duran hedefin de ne kadar büyük olduğunu göstermektedir. Xatırladaq ki, Avrupa kaynaklarında eski zamanlarda "Skhytya» (İskitler ülkesi), sonraları «Tartariya» adlandırılan arazi fasr kaynaklarında «Turyan» (Avesta), «Turan» (Firdövsi) ve "Türkistan" olarak seçildi. Turan idealini bize miras bırakan Ali bey Hüsynzadə, İsmail Bey Gaspıralı, Zeki Velidi Toğan ve Ziya Gökalp gibi fikir büyüklerimiz bu adı Firdövsiden əxz etmişlerdir. Cengiz Han ise onu «Yeke Menqu El Ulus» adlandırmıştır. Eski Türkcəmizdə bu, "Büyük ve Ebedi Cumhuriyet Ülkesi" (Yeke-Büyük, Menqu-Ebedi, El - halk, devlet, dolayısıyla Halk Devleti, yani Cumhuriyet, Ulus-Ülke) demektir. Fikrimce, Turan'ı kurtarmak ve onu ulu hakanın adlandırdığı şekilde adlandırmak en büyük hedefimiz olmalıdır.


Edebiyat
1. Великая Тартария - только факты. https://www.youtube.com/watch?v=WZQahsI5aqs&list=PLgr9MKEMMdPRnIxGogzr7YO7TifDLp4Pk
2. Фоменко А. Т., Носовский Г. В. Петр и Пугачев. Где зарыта собака русской истории. Часть 2. Глава 1.
 http://ruvera.ru/researches/gde_zaryta_sobaka_russkoiy_istorii_2_chast
3. "Encyclopaedia Britannica; or, a Dictionary of Arts and Sciences, compiled upon a new Plan. In which the different Sciences and Arts are digested into distinct Treatises or Systems; and the various Technical Terms, etc. are explained as the occur in the order of the Alphabet. Illustrated with one hundred and sixty copperplates ». By a Society of Gentlemen in Scotland. In three volumes. - Edinburgh: Printed for A.Bell and C.Macfarquhar. M.DCC.LXXI (1771)., С.682-684.
4. Şahin Geray. https://az.wikipedia.org/wiki/%C5%9Eahin_G%C9%99ray
5. Карманная книжка для любителей землеведения. -СПб .: Императорское Русское Географическое Общество, 1848.
6. Витсен Н. Бруно Наарден. Николаас Витсен и Тартария // Северная и Восточная Тартария, включающая области, расположенные в северной и восточной частях Европы и Азии. В 3 т / пер. с гол. В. Г. Трисман; ред. и науч. рук. Н. П. Копанева, Б. Наарден .. - Амстердам: Pegasus, 2010.
7. Закиев М. З. Происхождение татар // Происхождение тюрков и татар. - М .: Инсан, 2002.
8. Е. А. Федорова, В. П. Сливинский. Сибирь в лингвомифологическом континууме России: Постановка проблемы осмысления в русском языковом сознании // Вестник КемГУКИ. - 2013. - № 22.
9. Gorshenina, Svetlana. L'invention de l'Asie centrale: histoire du concept de la Tartarie à l'Eurasie. - Droz, 2014. - 702 s.