Bu gün Biləsuvar torpağının yetirməsi, Azərbaycanın Milli Qəhrəmanı M.İbrahimovun ad günüdür....



GECƏ VAR…

Milli Qəhrəman Mübariz İbrahimovun
xatirəsinə
gecə var adi gecələrdən biri
gecə var zülmətinə işıqlar həsəd aparır
gecə var gündüz nədi ki...

gecə var lülədən çıxan qırmalar ətrafa qığılcımtək səpələnir
gecə var bir ana,qəlbinin təlaşını ulduzlara danışır
gecə var:"vətən,sən sağ ol"
gecə var bir ürəyin döyüntüləri nəğmələrdə həyat tapır
gecə var:"ilahl,bizi sınağamı çəkmisən"
gecə var şərəflənir
gecə var qəhrəmanlıq taxta çıxır
gecə var qulaqlarda qəfil partalayan bir xəbər
gecə var:"ey mənim qeyrət damarım,cuşə gəl"
gecə var bir qürur himni oxuyur və hamını oxudur
gecə var ən parlaq bir səhərə məktub yazır
gücə var:"mənim kəramətimi gördünüzmü,adamlar"
gecə var min bir arzunu bir könüldə səsləndirir
gecə var bir yüzü,mini vurub keçir!
gecə var,iki gözün nurundan özü üçün əbədi olaraq yadigar saxlayır
gecə var hansısa bir günün zəfər müjdəçisi
gecə var:"əmdiyim südə,aldığım öyüdə and olsun!"
gecə var:"qardaşlar,anam atam heeyy..."
gecə var necə gecə,necə bir gecə...


.