Əli bəy Hüseynzadə həyatı boyu
türkçülüyə xidmət etmiş və türkçülüyü
ideologiya səviyyəsinə qaldırmış
böyük bir şəxsiyyət
olmuşdur.Türk xalqları və onların dili onu yaşamı boyu
düşündürən bir problem kimi diqqəti çəkir. Müxtəlif mətbuat orqanlarında türk xalqlarının problemlərini, xüsusilə də dil məsələlərini işıqlandıran yazıları buna ən mükəmməl örnəkdir. Əli bəyin «Kaspi» qəzetində azərbaycanlıların haqlarını tələb və müdafiə edən yazıları, «Türk» qəzetinə göndərdiyi, Y.Akçuranın «Üç tərzi siyasət» məqaləsinə yazdığı cavab xarakterli «Məktubi-məxsus» («Turani» imzası ilə), «Həyat» qəzeti və «Füyuzat» jurnalında türk mövzusundakı yazıları və Azərbaycandan getdikdən sonra iştirak etdiyi mətbuat orqanlarındakı məqalələri onun bu sahədə əsas məqsədini göstərən nümunələrdir.
düşündürən bir problem kimi diqqəti çəkir. Müxtəlif mətbuat orqanlarında türk xalqlarının problemlərini, xüsusilə də dil məsələlərini işıqlandıran yazıları buna ən mükəmməl örnəkdir. Əli bəyin «Kaspi» qəzetində azərbaycanlıların haqlarını tələb və müdafiə edən yazıları, «Türk» qəzetinə göndərdiyi, Y.Akçuranın «Üç tərzi siyasət» məqaləsinə yazdığı cavab xarakterli «Məktubi-məxsus» («Turani» imzası ilə), «Həyat» qəzeti və «Füyuzat» jurnalında türk mövzusundakı yazıları və Azərbaycandan getdikdən sonra iştirak etdiyi mətbuat orqanlarındakı məqalələri onun bu sahədə əsas məqsədini göstərən nümunələrdir.
«Öz
ehtiyaclarını» danışmağa ixtiyarı qalmayan türklərin ən böyük
faciəsini və ən böyük gələcəyini dildə görən
ziyalılardan biri və birincilərindən olan Əli bəy, bu
baxımdan, baş rola sahib idi. Türklərin dil
«faciələri»
müqabilində Əli bəy bir
işıqlı yol, gerçəyə çevriləcək, gələcəyə aparacaq
bir nicat görür, güvənc yeri olan bir faktla qürur
duyurdu. Bu, türk dilinin çox mühüm və spesifik
bir əlaməti –
özünüqoruma qabiliyyəti idi və Əli bəy bu dəyəri çox yüksək qiymətləndirir, bu
xüsusiyyəti türk
dilinin əbədiliyini,
yaşamını müəyyənləşdirən bir özəllik hesab
edirdi.
O, ibtidai
təhsilini
acı-acı xatırlayaraq yazırdı: «Bir uşağın bu surətlə öz ana
dili ta ibtidadan ihmal olunub ona zorla əcnəbi dilləri təhsil
etdirilsə, nə nəticə hasil
olur? Şu nəticə hasil olur
ki, o uşaq iki-üç bəylik imkana müqabil bir dildə yazıb
oxumaq, bu dildə yazılan kitabları oxuyub anlamaq
istərkən heç bir
dildə nə yazmağı, nə də oxumağı
bilməz! Asanlıqla
ögrənə biləcəyi öz ana
türkcəsini ihmal
edildiyi üçün türkcə bilməz! Çətinliklə ögrəndiyi
farisi və ərəbi natamam
qaldığı üçün farisi və ərəbi bilməz!»
Əli bəy dili,
üslubu və dilçilik
görüşləri ilə Azərbaycan ədəbi dilinin
mürəkkəb bir mərhələsi, ağır
bir yaxın keçmişini əks etdirir. O yazırdı ki, «Azərbaycan
xalqının şərəfli keçmişi
təkcə tarix
kitablarına yazılmayıb, o həm də dilin
«yaddaşına» səpələnib
qalmışdır». Bu mənada, Əli bəyin
başçılıq etdiyi «Füyuzat» jurnalı həmin
yaddaşın maraqlı və mübahisəli bir
nümunəsidir. Əli bəy jurnalın
səhifələrində türk dillərinin
quruluşu, keçmişi, bu günü, gələcəyi,
xarakterik xüsusiyyətləri, dünya mədəniyyətində yeri,
etnogenezi və s. məsələləri
işıqlandırmışdır.
Əli bəy türk
xalqlarının dilini ümumi türk dilinin şivələri hesab
edirdi. Bu fikrinə görə, onu öz
doğma dilinə ögey münasibət göstərməkdə təqsirləndirənlər olmuşdur.
Lakin bu, Əli bəyin türk
xalqlarını bir millət halında birləşdirmək
ideyalarından irəli gəlirdi. Əli bəyin Azərbaycanda
«Həyat» və «Füyuzat»da
fəaliyyəti, Türkiyədə «Türk
yurdu» jurnalında, «Türk ocağı» dərnəyində, «Xalqa
doğru», «Məlumat», «Yeni məcmuə» kimi mətbuat
orqanlarında iştirakı, «Turan» heyətinin tərkibində Qərbi Avropa
ölkələrində çıxışları,
Budapeştdə alman dilində nəşr olunan
«Rusiya müsəlmanlarının tələbləri»
kitabında Rusiyanın tərkibindəki altı müsəlman ölkəsinin müstəqilliyini
iddia etməsi, Berlində «Türk
qövmləri
konqresi»ndə irəli sürdüyü
fikirlər və s. türklər və onların
dili ilə bağlı
problemlərin həllinə yönəlmişdi.
Millətinin dil
problemləri onun
türkçülük ideyalarının əsas səbəblərindən biri idi.
Türk
xalqlarının dilini ümumi türk dilinin şivələri hesab
edirdi
Əli bəy Hüseynzadənin
dilçilik elmi sahəsindəki fəaliyyətində üç əsas məqsəd diqqəti cəlb edir:
1. Eyni ölkənin müxtəlif bölgələrindəki türk şivələri
arasındakı fərqlərin aradan
qaldırılması;
2. Istanbul
türkcəsinin Azərbaycanda
yayılması;
3. Türk
millətinə məxsus olan
ayrı-ayrı türk xalqlarının dilləri arasındakı fərqlərin aradan
qaldırılması və nəticədə vahid
ümumtürk dilinin yaradılması.
Birinci məsələni Əli bəy Hüseynzadə hələ «Həyat» qəzetində ciddi şəkildə qoymuşdur.
Müxtəlif bölgələrdən qəzetə göndərilən yazıların
hamısı türk dilində idi, lakin biri Bakı ləhcəsində, biri
Qarabağ ləhcəsində, digəri Qazan ləhcəsində və s.
yazıldığından onların arasındakı ayrılıqlar dərhal üzə çıxır, bu
fakt türk dilinin gələcəyi üçün təhlükə hesab
edilir və bu təhlükənin
vaxtında dəf edilməsinin
yolları göstərilirdi.
Birinci məsələ dil sahəsində ilk böyük
problem kimi qarşıda dururdu. Azərbaycanda
Qarabağ, Gəncə, Şirvan və s. şivələri,
Osmanlı, Iran sərhədinə yaxın
olanların, Rusiyada yaşayan türklərin öz şivələri mövcud
idi. Bu şivələrin bir
araya gəlməməsi vahid
dilin inkişafına mane olurdu: «Bakı şivəsi iləmi yazaq?
Yazarsaq qorxuram ki, qeyri türklər içində, türkcəyi yaxşı
bilən türklər içində rüsvay
oluruz!..» Dilimizin təmizlik və tərəqqisi üçün
çıxış yolu axtaran Əli bəy ayrı-ayrı
şivələrin hər birinin
nöqsanlı olduğunu göstərirdi. Bu şivələr içində leksik
baxımdan kasıb olanları da var idi: «Bəzi şivələrdə əfkari-aliyə və hikəmiyyəyi ifadəyə, məsaili-siyasiyyə, ya
ictimaiyyəyi, mətalibi-iqtisadiyyəyi bəyana artıq
söz qalmamışdır».
Yerli şivələr içərisindəki qüsurlu
cəhətlərdən biri də dilin
morfoloji və sintaktik qayda-qanunlarının unudulması, ədəbi dil
normalarının pozulması idi. Əli bəy şivə nöqsanları
içində yersiz
olaraq rus sözlərinin işlədilməsini də qeyd
edirdi və göstərirdi ki, əgər onlara
üstünlük verilsə, türk hərfləri ilə rusca
yazmağa gətirib çıxara bilər.
Ayrı-ayrı şivələrin
inkişafı, onlarda özünü göstərən qüsurlu cəhətlərin Azərbaycan
dilinin parçalanmasına, tənəzzülünə səbəb olaraq fəsadlı nəticələr verəcəyini Əli bəy əvvəlcədən görür və dilin gələcəyi naminə şivələri birləşdirməyi onların aid
olduğu əsas dilin tərəqqisini təmin edən amil kimi
qiymətləndirirdi.
Dil məsələləri ilə bağlı
sonrakı iki məqsəd bir-biri
ilə əlaqəlidir və biri digərini
tamamlayır. Istanbul türkcəsinə yüksək münasibət göstərən Əli bəy bütün Azərbaycanda
belə münasibət
formalaşdırmağa çalışırdı. O, Osmanlı (Türkiyə) dilini «dərin fikirlər», «ən nazik, ən rəqiq hissləri ifadəyə» qadir
olan yüksək dil kimi qəbul edir və onun hər hansı bir
Avropa dili ilə rəqabət edə biləcəyini göstərirdi. Türk
dilinə məxsus olan
qayda-qanunlar «daha bəsit», «daha asan» və «daha mükəmməl»
olduğundan onu inkişaf etdirməyin ən düzgün
yol olduğunu Əli bəy faktlarla
əsaslandırırdı.
Əli bəy bütün
Turan dillərini (türk, monqol, buryat, kalmık, tunquz,
mancur, even, koreya və yapon dilləri) bir-birinə
yaxınlaşdırıb onları ümumiləşdirən beş əsas əlamət göstərir:
1. Söz
kökünün şəkilçi qəbul etdikdə dəyişməməsi.
2. Sözlərin
qrammatik dəyişməsi və yeni söz
düzəlməsi zamanı şəkilçilərin kökdən sonra gəlməsi. Söz
kökündən əvvələ keçən şəkilçilərə turan dillərindən yalnız
macar dilində rast gəlmək olur ki,
o da Əli bəyin fikrincə, nadir
hadisələrdəndir.
3. Kök və şəkilçilərin ahəng qanununa
tabe olması.
4. Ədat və əvəzliklər
artırılması vasitəsilə felin təsriflənən
formalarının yaranması keyfiyyəti.
5. Turan
dillərini vahid
şəkildə birləşdirən sintaktik
qaydalar.
Əli bəy bu əlaməti turan
dilləri üçün
ümumi bir keyfiyyət kimi qiymətləndirmişdir.
Əli bəy Hüseynzadə türk dillərinin tədqiqində iki əsas yol
göstərmişdir:
1.Türk ləhcə və şivələrindən hansının
daha çox türkcə olduğunu aydınlaşdırmaq.
2.Çağdaş
türklərdən hər birinin
xalis türkcədən uzaqlaşıb
–uzaqlaşmadığını və əgər
uzaqlaşıbsa, bunun nə dərəcədə olduğunu
müəyyənləşdirmək. Bu isə ən qədim və xalis
türklərin kim
olduğunun kəşfi ilə mümkündür.
Bu kəşf isə dilçilik,
tarix və coğrafiya
elmi ilə əldə oluna bilər. Həmin məsələdə türk ləhcələrinə digər Turan
dillərinin də təsiri
unudulmamalıdır. Türk dillərinin əvvəlki vəziyyətindən fərqlənməsində Əli bəy din və məzhəbləri əsas səbəblərdən biri
hesab etmişdir.
Əli bəy bütöv şəxsiyyət olaraq
yarımçıqlığı qəbul etməyib,
xüsusilə də dil məsələlərində mükəmməlliyin tərəfdarı, ana
dilindən və müsəlmanlıqdan
ayrılmayan, türk oğlu türk olub.
Onun «Türkləşmək,
Islamlaşmaq, Müasirləşmək»
prinsipinin birinci komponenti ilə bağlı vəzifələrin həyata keçməsi dildən
başlayırdı. Dil birliyi türk xalqlarının tərəqqisi
yolunda ən mühüm bir
yol idi.
Bütün türk
dillərinin vahid
halda birləşdirilməsi aktual
bir problem olaraq irəli sürülürdü.
Əli bəy bütün
türklərin ortaq
bir dildən istifadəsini nəzəri baxımdan
əsaslandırır
və türk
dilinin islah olunması məsələsini qətiyyətlə irəli sürürdü.
Türkləşmək,
Islamlaşmaq və Müasirləşmək
Hələ XX yüzilin
əvvəlində «Həyat» və «Füyuzat»
kimi mətbuat
orqanları ümumtürk dilinin mümkünlüyünü göstərmiş, lakin
ziyalılar arasında fikir birliyinin olmaması, məsələnin əsil mahiyyətinin dərk edilməməsi, Rusiya
havalı beyinlərin onu qəbul edə bilməməsi və s. səbəblərdən bu yüksək ideya
praktik şəkildə istənilən səviyyədə uğur
qazana bilməmişdir. Bu ideyanın qələbəsini göstərən onlarla
faktlar var, lakin bu, ortaq türk dili məsələsinin tam və qəti həlli demək deyildir.
Ona görə də həmin məsələ təkrar olaraq
I Türkoloji qurultayda proqram məsələsi kimi
qarşıya qoyulmuş və onunla bağlı münasibətləri
qurultayın fəxri rəyasət heyətinin altı
nəfər üzvündən biri- Əli bəy Hüseynzadə öz gündəliyində qeyd edərək bir sıra
tədqiqatlara
mövzu vermişdir.
Türkçülüyün
böyük ideoloqu, bütün türk dünyasında ilk dəfə «Türkləşmək,
Islamlaşmaq və Müasirləşmək»
ideyasının, Azərbaycanda «Füyuzat» ədəbi məktəbinin əsasını
qoyan, vətənində çox iş
görsə də, az və ya yanlış
tanıdılan ensiklopedik sima – Əli bəy Hüseynzadə 1926-cı
ildə I
Türkoloji qurultayın iştirakçısı olmuşdur. Qurultaya aid tam bir dəftər yazan Əli
internetten
Teşekkürler Manas Haray