120 il yaşayır, 70 yaşında ana olur, xərçəngə tutulmayan Hunza türkləri

Pakistanla Hindistanın sərhəddində yaşayan Hunza türkləri dünya alimlərinin diqqət mərkəzinə çevrilib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kökü Hun türklərindən gələn Hunzalar bir sıra qeyri-adi xüsusiyyətlərə malikdirlər.




Belə ki, Hunza türkləri 110-120 il yaşayır, qadınlar 65-70 yaşında ana olur və heç vaxt xərçəng xəstəliyinə tutulmurlar. Onlar eyni zamanda, digər xəstəliklərə də nadir hallarda yoluxurlar.  Dəniz səviyyəsindən 6 min metr hündürlükdəki ərazidə yaşayan Hunzalar özlərinin əkib-becərdikləri məhsullarla qidalanır və buz kimi su içirlər.  Ədviyyatlı yeməkləri ilə məşhur olan Hunzaların uzunömürlülüyünün sirri alimlərin də diqqətini cəlb edib və onlar artıq bunun üzərində araşdırmalara başlayıblar.







.