ESENDIK. ESENTUK. İndi YESSENTUKİ

Dəbdə olan kurort şəhəri və möcüzə suları kimi məşhur olan Müasir Yessentuki Şimali Qafqazda, Stavropol (əski Taşlı) ölkəsində Esentuk və Kum çayları vadisində yerləşir. Şəhər öz adını kiçik Esentuk çayın adından götürmüşdür. 

Bu əski Türk yurdu özünün mineral mədənləri ilə məşhurdur; şəhərin kənarında Tambukan gölündən palçıq müalicəsində istifadə edirlər. 200 il əvvəl rusların Yessentuki sayaq yuncalaşdırdığı şəhər əslində qədim türkcə əsənduk (esenluk, esenlik) "sağlıq, sağlamlıq, xoşbəxtlik" sözündəndir. (6, 874; 3,316)
 “Esendük- esenduk” noqay türkcesində də sağlamlıq deməkdir(1, c564-565) Həqiqətən də vurğunun sözün sonuncudan əvvəlki hecaya düşməsi Esentuk  ilə şəhərin adının mənşəcə təmiz türk sözü olması fikrinə inamı artırırsa dalakin ruscadakı tələffüz - sondakı “u” saf hecası onun yunan dilinə məxsus söz sayılması kimi saxta mülahizəyə dayaq durur. Türk dillərində, о cümlədən dilimizin qədim qatlarında əsən, əsənlik “sağlıq, sağsalamatolmaq; sağlam; uğurlu” (Əgər sağdır, əsəndir, axşam olmadın genə mən sana gəlürəm;Ordım sağ-əsən degil isə başınıza çarə edin (Kitabi -Dədə Qorqud) mənasında istifadə olunmuşdur.

Əsən kəliməsi həmin bu mənalarda tək və digər sözlərə birləşmiş halda Esen, Esenbay, Esen Buğra xan, Esengül kimi şəxs və Əsən (Tatarıstan),  Esen Tobe (Qazaxıstan), Esen Boğa (Türkiyə), Əsənlər (Azərbaycan); Esen (Bolqarıstan; Burqas vilayeti)  və s. kimi  yer adlarının əmələ gəlməsində də rol oynamışdır.

Esenduk ətrafında Qızıl Orda əyanları dəfn olunmuş qədim mavzoley aşkar edilmişdir. Ərəb səyyahı ibn Bətutə (1304-1377) 1334-cü ildə Şimali Qafqazda səyahət edərkən burada Qızıl Orda hakimiyyətinin bərqərar olduğunu və Özbək xanın buradakı iqamətgahından, yaraşıqlı camesindən bəhs edir.(4, s.18)

Kırım xanlığının çöktürülməsindən və Qara dənizin Qafqaz sahili bir çok şehirlerinin istilasından sonra Rus imperializmi Qafqaz ölkələri  içərilərinə doğru yol aldı. Beləcə 1798-də hərbi sərhəd xətti Esendik çayının sağ sahilindən keçməklə artıq bu ərazilər habelə cənnət səfalı Esentük kəndi də Rusların kontroluna keçir və  Qafqaz Ordusu baş komandanı general Yermolovun göstərişi ilə 1825-də buralara ilk olaraq 235 yağmaçı kazak ailəsi köçürülüb yerləşdirilir; tezliklə hərbi qala kimi möhkəmləndirilən kazak keşikçi məntəqəsinə çevrildi (2, 18) Çünki əldə olunan bu yeni yerləri əldə saxlamaq lazım idi, bu məqsədlə bura köçürülən kazakların iştirakı ilə burada qurulan Esendik postu yerli dağlıların hücumlarna qarşı son qorunma məntəqəsi oldu.  Döyüşkən kazaklar üçün burada kilsə tikilir; bu  ilk xristian məbədi idi. Həmən kilsə nəzdində məktəb, şəhər arxivi, ibadətxana və əlbəttə kitabxana təşkil olunur.

Şəfalı Esentukun kurort və müalicəvi əhəmiyyyətinin üzə çıxarılması əfsanəvi Moskvalı həkim Fedor Qaazın 1811-də gəlişi ilə başlayır. Esenduk istila olunduqdan az sonra məşhur həkim Qaaz (1780-1853) buralara gəlir. Bir az əvvəl o, Dəmir Su (müasir Jeleznevodsk), Turş Su (müasir Kislovodsk) mədənlərini öyrənmişdi. Həkim Qaaz öz nəcibliyi, mərhəməti, şəfqəti ilə məşhur idi. “Xeyirxahlıq etməyə tələsin” onun həyat devizi idi.  Bu əfsanəvi həkimi  möcüzə çayın sahillərinə yerli nüfuzlu bir şəxs olan İsmayıl bəy müşayiət edirdi. İsmayıl bəy Atajukini sonralar Rus şairi Lermontov "İzmail bey" poemasında tərənnüm edib. İgid İsmayıl bəy gəncliyində rus ordusunda xidmətə alınmış, Dunay ağzındakı qəhrəman Türk qalası İsmayılın zəbt olunmasında iştirak etmiş, sonra ahıl çağlarında isə peşimanlıq çəkərək gizli-gizli  Rus işğalçılarına qarşı ayağa qalxan Qafqazlıların milli-azadlıq mübarizəsində onlara kömək etmişdi.

Amma Esentuk mineral bulaqlarının və Tanbukan gölünün möcüzəvi xüsusiyyətlərinin əsaslı surətdə tədqiqi 1823-də Peterburq Tibbi Cərrahi Akademiyası professor Nelyubinlə öz yoluna düşdü. Nelyubin Qaazdan sonra daha 20 qaynaq üzə çıxardı və anlatdı ki, bu mineral sular  təkcə Qafqaz müharibəsi yaralılarını sağaltmaqla qalmamalı, Qafqazın mədəni həyatının da canlanmasına, inkişafına da təsirini artırmalıdır.

Burada hələ atların da həvəslə içib sağaldığı At Bulaq  qaynağı vardı ki, rus alayları atlarını suvarırdılar, tezliklə onun da adını rus dilinə tərcüməsiylə (Loşadinıy istoçnik) işlətməyə başlamışlar.

XIX əsrin 30-cu illərində şəhərə çevrilsə də, yalnıız əsrin II yarısından ondan kütləvi şəkildə kurort kimi istifadə edilməsiylə çoşqun həyata qədəm qoyur. Burada mehmanxanalar tikilir, qonaqlara xidmət edəcək qalereyalar fəaliyyətə başlayır.

Şəhərin qədim mərkəz hissəsində məntəqənin kazak stanitsası çağından qalma kənd tipli evlər bu gün də durmaqda, hələ də  ilk adını Esentük(skaya) saxlamaqdadır. Esenduk 1917-ci ildə rəsmi şəhər statusu almışdır.

Esenduk adının vaxtilə bu torpaqların hakimi olmuş Esen adlı şəxslə əlaqədar adlandığını söyləyənlər də var. Bir də ola bilsin ki, adın tərkibindəki tuk "tuğ" bayraq mənasında söz kimi bu şərəfli adın yaranmasında rol oynamışdır (5, 8, 194, 198)

Lakin şəhərin adının sağlamlıq, sağlıq mənasını ifadə etdiyi fikri daha çox yayılmışdır. Hər halda, şəhərin türk adını Yessentuki şəklində yunanlaşdırmaqla bu torpaqların tarixi də bilərəkdən saxtalaşdırılmışdır.

Ədəbiyat:

1. Dmitriyev N.K.  Stroy Tyurkskix yazıkov, Moskva, 1962

2.  Кratkaya Geografiçeskaya Ensiklopediya 2. c., Moskva, 1961

3.  Malov S. E. Pamyatniki drevnetyurkskoy  pismennosti, M-L, 1951

4. Pavlov Matvey Karpoviç. Zdravstvuy, Pyatigorsk; Putevoditel, Stavropol,1982
5. Polskaya E., Rozenfeld B. Essentukskie vctreçi, Stavropol, 1984

6. Radlov V.V, Opıt slovarya tyurkskix nareçiy, sankt. Peterburg, 1,  874

7. Kaynak:  Minehanım Tekleli. Türk kitabı, Bakı, Nurlar  yayını, 2009; s.94-95