GECƏ VAR…
Milli Qəhrəman Mübariz İbrahimovun
xatirəsinə
gecə var adi gecələrdən biri
gecə var zülmətinə işıqlar həsəd
aparır
gecə var gündüz nədi ki...
gecə var lülədən çıxan qırmalar ətrafa
qığılcımtək səpələnir
gecə var bir ana,qəlbinin təlaşını
ulduzlara danışır
gecə var:"vətən,sən sağ ol"
gecə var bir ürəyin döyüntüləri nəğmələrdə
həyat tapır
gecə var:"ilahl,bizi sınağamı çəkmisən"
gecə var şərəflənir
gecə var qəhrəmanlıq taxta çıxır
gecə var qulaqlarda qəfil partalayan
bir xəbər
gecə var:"ey mənim qeyrət
damarım,cuşə gəl"
gecə var bir qürur himni oxuyur və
hamını oxudur
gecə var ən parlaq bir səhərə məktub
yazır
gücə var:"mənim kəramətimi
gördünüzmü,adamlar"
gecə var min bir arzunu bir könüldə səsləndirir
gecə var bir yüzü,mini vurub keçir!
gecə var,iki gözün nurundan özü üçün əbədi
olaraq yadigar saxlayır
gecə var hansısa bir günün zəfər müjdəçisi
gecə var:"əmdiyim südə,aldığım
öyüdə and olsun!"
gecə var:"qardaşlar,anam atam
heeyy..."
gecə var necə gecə,necə bir gecə...
.